Vyetnamda indiyə qədər ən isti temperatur qeydə alınıb, temperatur 44 dərəcədən bir qədər çox olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rekord ölkənin şimalındakı Thanh Hoa bölgəsində yenilənib. Rəsmi nümayəndələr ictimaiyyətə günün ən isti saatlarında evdən çıxmamaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Vyetnamda əvvəlki temperatur rekordu 43,4 dərəcə idi.