Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail HHQ İranda 'Mi-17' hərbi helikopterini məhv etdi

1 dəq
Paylaş:
İsrail HHQ İranda 'Mi-17' hərbi helikopterini məhv etdi

İsrail Hava Qüvvələri İranın qərbindəki hava limanında "Mi-17" helikopterini məhv edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi məlumat yayıb.

"Çərşənbə gününə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin təyyarəsi Müdafiə Ordusunun kəşfiyyat məlumatları əsasında hərəkət edərək Sənəndəc hava limanında İranın "Mi-17" helikopterini aşkarlayaraq ona zərbə endirib", - deyə bəyanatda bildirilir.

İddia olunur ki, bu zərbə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin hərbi potensialını zəiflətmək və İsrailin İranın qərbində hava üstünlüyünü möhkəmləndirmək məqsədilə endirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax