Serbiya Prezidenti Aleksandr Vuçiç istefa vermək niyyətində olduğunu və bundan sonra ölkədə keçiriləcək seçki prosesinin ardıcıllığını açıqlayıb. Xarici KİV-lərdə yer alan məlumatlara görə, dövlət başçısı bu addımın konkret məqsədlərə xidmət etdiyini vurğulayıb.
Seçki prosesi necə olacaq?
- İstefadan sonra ilk növbədə parlament seçkiləri keçiriləcək.
- Parlament seçkilərindən 90 gün sonra isə prezident seçkiləri təşkil olunacaq.
Vuçiç bu qərarın arxasında xüsusi bir fəlsəfənin olmadığını qeyd edib. Xatırladaq ki, daha əvvəl Serbiya Prezidenti səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefa verə biləcəyi barədə məlumat vermişdi.
Qeyd edək ki, Aleksandr Vuçiç ilk dəfə 2017-ci ildə prezident seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifəyə seçilərək fəaliyyətini davam etdirib.