Serbiya Prezidenti Aleksandr Vuçiç istefasından sonra ölkədə əvvəlcə parlament, sonra isə prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Mən istefa verəndən sonra parlament seçkilərinə keçəcəyik, 90 gündən sonra isə prezident seçkiləri keçiriləcək və bununla məsələ bağlanacaq. Burada heç bir böyük fəlsəfə yoxdur”, - o qeyd edib.
Xatırladaq ki, Serbiya Prezidenti səlahiyyət müddətinin bitməsinə yaxınlaşdığı üçün istefa verə biləcəyini açıqlamışdı.
Qeyd edək ki, Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib. O, 2022-ci ildə ikinci müddətə yenidən seçilib.