Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa Almaniyaya planlaşdırılan səfərini ləğv edib.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Əhməd əş-Şaraanın Almaniyaya səfəri yanvarın 20-nə planlaşdırılıb. Səfər çərçivəsində onun Almaniya Prezidenti Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşləri nəzərdə tutulurdu.
Nəşrin məlumatına görə, “Əş-Şaraa Berlinə səfərini ləğv edib”.
Qərarın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.