Böyük Britaniyanın Kipr adasında yerləşən "Akrotiri" hərbi hava bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyi ehtimal olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bBu barədə "Reuters" agentliyi Kipr rəsmilərinə və Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Kipr hökumətinin nümayəndəsi bildirib ki, gecə saatlarında baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.
İlkin məlumatlara görə, PUA hücumu hərbi obyektə yalnız cüzi ziyan vurub.
Baza ərazisində güclü partlayış səsləri eşidilib və həyəcan siqnalı işə düşüb.Ehtiyat tədbiri olaraq hərbi təyyarələr havaya qaldırılıb. "Akrotiri" yaxınlığında yaşayan sakinlərə növbəti göstərişə qədər sığınacaqlarda qalmaları tövsiyə edilib.
Mütəxəssislər qeyd edirlər ki, bu hərbi baza sonuncu dəfə 1980-ci illərin ortalarında Liviya yaraqlıları tərəfindən birbaşa hücuma məruz qalmışdı. Hazırda hadisənin təfərrüatları və PUA-nın hansı istiqamətdən göndərildiyi araşdırılır.