Əsas məzmuna keç

Almaniya İranla hərbi münaqişəyə girməyəcəyini bəyan edib

Almaniya İranla hərbi münaqişəyə girməyəcəyini bəyan edib

Almaniya Xarici İşlər Nazirliyi rəsmi Berlinin İrana qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyətində olmadığını açıqlayıb.

en ru

İranla hər hansı bir açıq hərbi münaqişəyə daxil olmaq planının olmadığını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Vadeful "Deutschlandfunk" radiosuna verdiyi müsahibədə bildirib.

Diplomat qeyd edib ki, Almaniya hökuməti bu proseslərdə iştirak etmək niyyətində deyil.

O, həmçinin ölkəsinin belə bir müdaxilə üçün müvafiq hərbi resurslara malik olmadığını da vurğulayıb:

“Almaniya heç bir şəkildə hərbi əməliyyatlara qoşulmayacaq. Yalnız alman hərbçilərinə hücum olarsa, tədbirləri görülə bilər. Berlin müdafiə xarakterli addımlardan kənara çıxmayacaq”.

Qeyd edək ki, bundan əvvəl İsrailin "GLZRadio" stansiyası Almaniyanın İrana qarşı müharibəyə qoşulma ehtimalını nəzərdən keçirdiyi barədə məlumat yaymışdı. Lakin rəsmi Berlin bu iddiaları təkzib edərək, regiondakı gərginlikdə hərbi tərəf kimi çıxış etməyəcəyini təsdiqləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…