Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana ad günü ilə bağlı təbrik məktubu ünvanlayıb. Kremlin rəsmi saytında yer alan məlumata görə, təbrikdə iki ölkə arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığı qeyd olunub.
Vladimir Putin məktubunda aşağıdakı fikirləri ifadə edib:
“Hörmətli Nikol Vovayeviç, ad gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi olaraq dostluq münasibətləri olub. Biz onların davamlı və mütərəqqi inkişafında maraqlıyıq”.
Rusiya lideri həmçinin Nikol Paşinyana dövlət fəaliyyətində uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıb. Qeyd edək ki, iyunun 1-də Nikol Paşinyanın 51 yaşı tamam olur.