Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunmuş təbrik məktubunda qeyd edilib.
Putin məktubunda Rusiya ilə Ermənistan arasında əlaqələrin ənənəvi olaraq dostluq xarakteri daşıdığını vurğulayıb.
"Hörmətli Nikol Vovayeviç, ad gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi olaraq dostluq münasibətləri olub. Biz onların davamlı və mütərəqqi inkişafında maraqlıyıq", - deyə Rusiya Prezidenti bildirib.
Vladimir Putin məktubunda Nikol Paşinyana möhkəm cansağlığı, firavanlıq və dövlət fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də ad gününü qeyd edir. Bu gün onun 51 yaşı tamam olur.