Videosu yayılan qadın FHN əməkdaşından 192 min manat tələb edir

Videosu yayılan qadın FHN əməkdaşından 192 min manat tələb edir
17.02.2023 17:54
Aa
dəq

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkərək yaymaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə qarşı mülki iddia qaldırılıb. 

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda zərərçəkmiş qismində tanınan qadınlardan biri ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq Z.Mirzəyevdən 192 min manat tələb edib. Bu barədə zərərçəkmişin vəkili məhkəmədə mülki iddia qaldırıb. 

Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s. 

Z.Mirzəyev isə qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib. 

Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyevin cinayət işi üzrə gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, FHN də zərərçəkmiş qismində tanınıb. İttihama görə, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub. 

Qeyd edək ki, proses qapalı keçirilir. Buna baxmayaraq, zərərçəkmişlərdən biri məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirdi. 

Xatırladaq ki, sözügedən görüntülər 2022-ci il avqustunda sosial şəbəkələrdə yayılıb. Bundan sonra Zaur Mirzəyev həbs olunub. İttihama əsasən, Z.Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013- 2019-cu illərdə xidməti otağında tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb. Ona qarşı 3 fərqli maddə ilə ittiham irəli sürülüb. 

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu