Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vens: ABŞ-İran razılaşmasına İsrail və Livan da daxil ediləcək

3 dəq
Paylaş:
Vens: ABŞ-İran razılaşmasına İsrail və Livan da daxil ediləcək

ABŞ və İran arasında mümkün razılaşmanın sazişi formatında olacağı və sənədə İsrail, Livan, eləcə də Fars körfəzi dövlətlərinin daxil ediləcəyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti C.D. Vens amerikalı jurnalist Megin ilə müsahibəsində açıqlayıb.

“Bu, regional sülh müqaviləsidir. Buraya Fars körfəzi, İsrail və Livan daxil olacaq. Əsas məqsəd odur ki, bu, həqiqi regional sülh razılaşması olsun”, - deyə Vens bildirib.

ABŞ-nin İrana maliyyə yardımı ayırıb-ayırmayacağı ilə bağlı sualı cavablandıran vitse- qeyd edib ki, Vaşinqton Tehrana heç bir maliyyə vəsaiti təqdim etməyəcək.

“Tamamilə aydın olmaq istəyirəm. İranlılar bu razılaşma çərçivəsində bütün öhdəliklərini yerinə yetirsələr belə, İrana bir Amerika qəpiyi də getməyəcək”, - deyə Vens vurğulayıb.

Onun sözlərinə görə, əgər İran davranışını dəyişərsə, müəyyən ölkələrə onun iqtisadiyyatının yenidən qurulmasına və xalqın rifahının artırılmasına sərmayə qoymağa imkan verilə bilər. Vens bildirib ki, Tehran terrorizmin maliyyələşdirilməsini dayandırarsa və region ölkələri ilə münasibətlərini dəyişərsə, bu, müsbət addım hesab olunacaq.

Vens həmçinin qeyd edib ki, İran razılaşmadan faydalanmaq istəyərsə, uranın zənginləşdirilməsi və yoxlamalar məsələləri müzakirə ediləcək.

ABŞ-İran razılaşmasını tənqid edənlərə cavab verən vitse-prezident bildirib ki, bu yanaşmaya qarşı çıxanlar əslində davamlı münaqişəni dəstəkləyirlər.

“Onlar sonsuz münaqişə təklif edirlər. Amerika Birləşmiş Ştatları Prezidentinin istədiyi bu deyil. Tənqidçilər sənədin məzmununu nəzərə almır və alternativ təqdim etmirlər”, - deyə Vens qeyd edib.

O əlavə edib ki, əgər alternativ yalnız aydın məqsəd olmadan bombardmanların davam etdirilməsidirsə, bu, ABŞ-nin maraqlarına uyğun qərar sayıla bilməz.

Vensin sözlərinə görə, razılaşma memorandumunun mətninin yaxın günlərdə açıqlanması planlaşdırılır. O bildirib ki, sənədin dərcinin gecikməsi hazırda davam edən həssas diplomatik proseslərlə bağlıdır və prosesdə vasitəçi ölkələr, o cümlədən Pakistan və Qətər də iştirak edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax