Əsas məzmuna keç

Netanyahu Livanla sülh danışıqlarına başlamaq göstərişi verdi

Netanyahu Livanla sülh danışıqlarına başlamaq göstərişi verdi

İsrail lideri Hizbullahın tərksilahı və Beyrutla barışıq üçün təlimat ayırdı. İran, ABŞ və Hörmüz boğazı ətrafında yaranan gərginlikdə yeni mərhələ başlayır.

en ru

İsrailin Baş naziri Benyamin ən qısa müddətdə Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı məlumat yayıb.

""Hizbullah"ın tərksilah edilməsi və İsrail ilə Livan arasında münasibətlərinin qurulması danışıqların əsas məsələləri olacaq. İsrail, Livanın Baş nazirinin Beyrutda qoşun yerləşdirmək barədə bugünkü çağırışını yüksək qiymətləndirir", - deyə Benyamin Netanyahu vurğulayıb.

Xatırladaq ki, İran, və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılıq əldə ediblər. İran öz növbəsində bəyan edib ki, bu dövr ərzində İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə atəşkəs barədə qüvvədə olan qərarın Livana şamil edilmədiyini əsas gətirərək aprelin 8-də bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf bildirib ki, Livanda atəşkəs planın ilk şərti idi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…