"Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez bildirib .
"Bu hadisəni elan etməkdən qürur duyuram. "Chrysopigi Lady" tankeri ilk mayeləşdirilmiş neft qazı ilə Venesuelanı tərk edib", - o qeyd edib.
Rodriges çatdırılmanın həcmini dəqiqləşdirməyib.
O, mayeləşdirilmiş neft qazı ixracının Venesuela xalqının rifahını yaxşılaşdıracağına əminliyini bildirib.