Böyük Britaniya Hərbi Hava Qüvvələri Yaxın Şərqdəki gərginliklə əlaqədar havaya qaldırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmer rəsmi açıqlama verib.
Baş nazirin sözlərinə görə, hərbi aviasiya bazalardan regional müdafiə əməliyyatı çərçivəsində hərəkətə keçib.
Regionda vəziyyətin kəskinləşməsinə səbəb İsrailin İrana qarşı həyata keçirdiyi zərbələr olub.