Operativ Məlumat Mərkəzi

Vaşinqton görüşü Rusiyanı niyə narahat edir? - Deputat açıqladı

4 dəq
Paylaş:
Vaşinqton görüşü Rusiyanı niyə narahat edir? - Deputat açıqladı
“Vaşinqton görüşü ərəfəsində və görüşdən sonra əldə olunan nəticələr Rusiyanı qane etməyib. Moskvanın müxtəlif təxribatlara əl atacağı əvvəlcədən bəlli...

“Vaşinqton görüşü ərəfəsində və görüşdən sonra əldə olunan nəticələr Rusiyanı qane etməyib. Moskvanın müxtəlif təxribatlara əl atacağı əvvəlcədən bəlli idi. Görüş ərəfəsində Ukraynada neft boru kəmərlərinin kompressor stansiyalarının vurulması, Odessada baş verən hadisələr də Rusiyanın bu prosesin tam əleyhinə olduğunu göstərir.

Rusiya Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı müstəqil daxili və xarici siyasəti qəbul etmir və həzm edə bilmir. Regionda dəyişən geosiyasi balans fonunda Kremlin təsir imkanlarını itirməsi və hegemonluq siyasətindən əl çəkmək istəməməsi bu ritorikanın əsas səbəbi kimi göstərilir”.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi.

"Dövlət Duması deputatı Andrey Qurulyovun açıqlamaları Rusiyanın Azərbaycana qarşı informasiya, siyasi və iqtisadi təzyiqləri artırmaq niyyətində olduğunu açıq göstərir. Qurulyovun bəyanatı rus təbliğatçılarının – Salavyov, Padalyaka və başqalarının aqressiv ritorikasına uyğun gəlir. İqtisadi təzyiqlər çərçivəsində Azərbaycan mallarının, xüsusilə tərəvəz, meyvə, spirtli içkilərin idxalına məhdudiyyət və ya qadağa qoyulması, Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı inzibati yoxlamaların artırılması, gömrükdə gecikdirmələr, logistika və nəqliyyat kvotalarında məhdudiyyətlər ehtimal olunur. Bu, həm Azərbaycan, həm də Rusiya bazarına, xüsusilə Rusiya istehlakçısına təsir edərək qiymət artımına səbəb ola bilər. Bundan başqa, informasiya və təbliğat kampaniyalarının genişləndirilməsi, Rusiyanın kütləvi informasiya vasitələri və sosial media platformaları vasitəsilə Azərbaycanın Qərblə və Türkiyə ilə əməkdaşlığının tənqid edilməsi, milli azlıqlar və miqrasiya siyasəti mövzularında neqativ imic yaradılması ehtimal olunur".

Müsahibimiz qeyd etdi ki, hərbi-siyasi təzyiqlər istiqamətində Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasını gücləndirməsi, sərhəd bölgələrinə qoşun yerləşdirməsi, Azərbaycan yaxınlığında hərbi təlimlər keçirməsi mümkündür. MDB və KTMT platformaları vasitəsilə siyasi təzyiq də gündəmə gələ bilər.

Lakin komitə sədri hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqazda təkrarlanması real deyil, çünki bu, Moskvanın bölgədəki mövqelərini tamamilə itirməsinə gətirib çıxara bilər.

"Azərbaycan isə 44 günlük müharibədə nümayiş etdirdiyi güc, hibrid müharibə bacarıqları, müasir hərbi taktika və koordinasiyalı fəaliyyət qabiliyyəti ilə bu cür təzyiqlərə hazır olduğunu sübut edib. Dövlət qurumları, xüsusi xidmət orqanları və ordunun peşəkarlığı beynəlxalq hərbi məktəblərdə nümunə kimi öyrədiləcək səviyyədə qiymətləndirilir. Rusiyanın bu ritorikası bir neçə ay davam edə bilər. Avqustun 15-də ABŞ sabiq prezidenti Donald Tramp ilə Vladimir Putin arasında gözlənilən görüşdən sonra Kremlin ritorikasının hansı istiqamətdə dəyişəcəyi diqqətlə izləniləcək. Prezident İlham Əliyevin apardığı müstəqil siyasət – ölkənin suverenliyi, ərazi bütövlüyü və vətəndaşların rifahını təmin etmək məqsədi – heç bir vasitəçi və diktəyə ehtiyac olmadan həyata keçirilir və bu, bəzi dövlətlər, xüsusilə Rusiya tərəfindən qəbul edilmir", - deyə Arzu Nağıyev vurğuladı.

Arzu Nağıyev: Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir - AZƏRTAC

Bu xəbəri paylaş

Oxşar xəbərlər