Əsas məzmuna keç

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri - " Mərkəzi Valyuta" MMC Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu tələbini yerinə yetirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nizamnamə kapitalını kəskin artıraraq 10 manatdan 900 110 manata çatdırıb.

Bu məbləğ "Bakı Mərkəzi Valyuta"ya paytaxtda iki valyuta dəyişmə məntəqəsi ilə fəaliyyətini davam etdirməyə imkan verir.

Xatırladaq ki, "Bakı Mərkəzi Valyuta" 2022-ci ildə yaradılıb.

Bundan əvvəl "Eliko", "Meta-Kapital", "Delta Capital" və Zuhur" MMC-lər nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb. Beləliklə, valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 09.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…