Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub.
“Operativ Məlumat Mərkəzi-OMM” Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib.
Məlumata görə, o, əməliyyat olunub, hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır.