Türkiyədə qanunsuz mərc oyunlarına qarşı keçirilən əməliyyat çərçivəsində 8 nəfər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in yerli mətbuata istinadən verdiyi məlumata görə, istintaq prosesi davam edir.
Türkiyədə qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı əməliyyat: 37 nəfər saxlanıldı
Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat: "Papara" şirkətinin rəhbəri də daxil olmaqla 13 nəfər saxlanılıb
Onlayn qumar və mərc oyunlarında istifadə olunan bank kartlarının alqı-satqısını edənlərə qarşı əməliyyat keçirilib
Əməliyyat zamanı cinayət gəlirlərinin idman klubları vasitəsilə yuyulması şübhələri üzə çıxıb. Bu çərçivədə “Diyarbekirspor” klubu və üç şirkət barəsində rəsmi araşdırma başladılıb.
Aparılan araşdırmalar nəticəsində “Diyarbekirspor”un keçmiş prezidenti Fevzi İlhanlı və klub rəhbərliyinin qanunsuz mərc saytının sahibi olduqları müəyyən edilib. Onların əldə etdikləri gəlirləri məhz klub vasitəsilə dövriyyəyə buraxdıqları təsdiqlənib.
İstintaq materiallarına əsasən, klubun mühasibi və bəzi əməkdaşların bank hesabları vasitəsilə qanunsuz qazancın birbaşa klub hesablarına köçürüldüyü də aşkarlanıb.