ABŞ-də yüksəkrütbəli hərbçilər və silah tədarükünə cavabdeh olan rəsmilər Prezident Donald Trampın silah çatışmazlığı ilə bağlı tənqidlərindən sonra "böhran iclası" keçirəcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “NBC News” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp ABŞ-nin silah və sursat ehtiyatlarının çatışmazlığından narazılığını ifadə edib.
İddialara əsasən, prezident bu problemin İranla bağlı hərbi əməliyyatların genişləndirilib-genişləndirilməməsinə təsir edən amillərdən biri olduğunu bildirib.
Ağ Ev isə telekanalın sorğusuna cavab olaraq bu məlumatları 100 faiz saxta adlandırıb.
Bundan əvvəl "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən yazmışdı ki, Tramp Pentaqon rəhbəri Pit Heqsetin İranla müharibə zamanı tükənən silah ehtiyatları barədə onu yanlış məlumatlandırdığını düşünür.
Daha sonra Tramp mətbuata məlumat sızdıran şəxslərin müəyyən edildiyini və onların axtarıldığını bildirib.
O, həmin şəxslərin uzunmüddətli həbs cəzaları ilə üzləşə biləcəyini qeyd edib.