Siyəzən rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova saxlanılıb.
Yoxlama zamanı ondan təxminən 6 kiloqram marixuana, külli miqdarda heroin, psixotrop maddə metamfetamin, eləcə də 120 ədəd psixotrop tərkibli preqabalin həbi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.