Əsas məzmuna keç

Ağdamda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Ağdamda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində qəsdən od vurmaqda ittiham olunan kəs yaxalanıb. Təfərrüatlar məlum olub.

en ru

Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin edilməsi istiqamətində əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.

İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.

Faktla bağlı başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.

Xatırladaq ki, ötən günlərdə Ağdamın bir sıra kəndlərində yanğınlar baş verirdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…