Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

1 dəq
Paylaş:
Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Şəmkir rayonunda baş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş və Daxili İşlər Nazirliyinin xidmətlərinin birgə məlumatında bildirilib.

Ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini, 1957-ci il təvəllüdlü Mahmudova Dadaş qızının zorakılıq əlamətləri olan meyitinin aşkarlanması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi operativ-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, S.Mahmudova 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülüb.

Arzu Həmidli şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanılıb, hazırda ibtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax