Əsas məzmuna keç

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Kibercinayətkarlıqda ittiham olunan Nəriman İskəndərov Bakıya gətirilir. Baş Prokurorluğun sorğusu ilə Ukraynada yaxalanan şəxsin törətdiyi oğurluq əməlinin təfərrüatı:

ru en

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, vətəndaşı Vaqif oğlu İskəndərovun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Ukraynanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan üzrə Nəriman Vaqif oğlu İskəndərovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, elektron məlumat daşıyıcısından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Nəriman İskəndərovun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində axtarış elan edilib. Hazırda onun ölkəmizə gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…