Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabunçu rayonunda 46 kq narkotik dövriyyədən çıxarılıb

1 dəq
Paylaş:
Sabunçu rayonunda 46 kq narkotik dövriyyədən çıxarılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirlər zamanı ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 36 yaşlı Məmmədovdan 15 kiloqram, 39 yaşlı Elçin Hacıyev və tanışı 26 yaşlı Ayxan Abbasquliyevdən 11 kiloqram, 25 yaşlı Hafiz Tağıyevdən isə 20 kiloqrama yaxın marixuana, və metamfetamin aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq və psixotrop maddə dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax