Əsas məzmuna keç

Binədə narkopriton aşkarlanıb, 5 nəfər saxlanılıb

Binədə narkopriton aşkarlanıb, 5 nəfər saxlanılıb

Xəzər RPİ-nin Binədə keçirdiyi əməliyyatla narkotik yuvası dağıdılıb. Elşən Əsədullayev və 4 nəfər metamfetaminlə tutulub. DİN-in keçirdiyi tədbirin detalları...

en ru

Rayon İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 48 yaşlı Elşən Əsədullayev, 37 yaşlı Anar , 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Seymur Mirzəyev və 46 yaşlı Namiq Həsənov saxlanılıb.

Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…