Pakistanın paytaxtı İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) yenidoğulmuşlar şöbəsində yanğın baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 15 körpə həyatını itirib.
Qeyd olunub ki, yanğın yerli vaxtla saat 06:45-də şöbədəki kondisionerin kompressorunun partlamasından sonra başlayıb.
Hadisə zamanı şöbədə olan körpələrdən yalnız biri xilas edilib, 15 körpənin isə öldüyü açıqlanıb.
Xilasedicilər yanğının söndürüldüyünü, hazırda ərazidə soyutma işlərinin aparıldığını bildiriblər.
Yanğının dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün xüsusi istintaq komitəsi yaradılıb.