Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində yerləşən mərmər mədənində ağır faciə qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı baş verən çökmə nəticəsində 9 işçi həyatını itirib, daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır və ərazidə müvafiq xilasetmə tədbirləri görülür.