Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistanda sərnişin avtobusu dərəyə aşdı - 40 ölü

1 dəq
Paylaş:
Pakistanda sərnişin avtobusu dərəyə aşdı - 40 ölü

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə aşıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 40 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

Qeyd olunub ki, Bəlucistanın rayonundan çıxdıqdan sonra Xeybər-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində hərəkətdə olarkən dərəyə aşıb.

Hadisə yerinə axtarış-xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanıldığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax