Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nepalda güclü sel: 55 nəfər ölüb, 384 nəfər itkin düşüb

2 dəq
Paylaş:
Nepalda güclü sel: 55 nəfər ölüb, 384 nəfər itkin düşüb

Nepalın Rasuva bölgəsi və ətraf ərazilərində səhər saatlarında baş verən güclü sel böyük dağıntılara və insan tələfatına səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “The Kathmandu Post”un məlumatına görə, nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb. Sel suları “Bhotekoshi” çayı ətrafındakı yaşayış məntəqələrinə və müxtəlif binalara ciddi ziyan vurub.

Hazırda 384 nəfərin taleyi naməlum olaraq qalır. İtkin düşənlər arasında Nepal vətəndaşları ilə yanaşı, Hindistan, ABŞ, Böyük Britaniya və Malayziyadan olan turistlərin də olduğu bildirilir.

Xarici mətbuatın məlumatına görə, itkinlərin bir hissəsi Çinin Tibet Rayonunda yerləşən “Kailash Mansarovar” bölgəsinə dini ziyarətə gedən şəxslərdir.

Bundan əlavə, 32 əməkdaşı, yeni inşa olunan hidroelektrik stansiyasının 60 işçisi və “Timure” gömrük məntəqəsinin 15 əməkdaşı ilə əlaqə kəsilib.

Axtarış-xilasetmə əməliyyatlarına Nepal ordusunun şəxsi heyəti və özəl şirkətlərə məxsus helikopterlər cəlb olunub. Lakin əlverişsiz işlərin gedişini çətinləşdirir.

Fəlakət Çində də ciddi narahatlıq yaradıb. “Xinhua”nın məlumatına görə, Çin Prezidenti Si Cinpinq selin Tibet Muxtar Rayonundakı “Gyirong” sərhəd-keçid məntəqəsinə qədər çatmasından sonra axtarış-xilasetmə işlərinin sürətləndirilməsi barədə göstəriş verib.

Çin lideri həmçinin bölgə sakinlərinin təxliyə olunması və yaralananlara tibbi yardım göstərilməsi üçün müvafiq tapşırıqlar verib.

Mütəxəssislər selin yaranma səbəblərini araşdırır. İlkin ehtimallardan biri yaxınlıqdakı buzlaq gölünün daşmasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə