Myanmanın şərqində yerləşən Şan ştatında iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, sərnişin daşıyan iki mikroavtobusun aşması nəticəsində ağır fəsadlar yaranıb.
Nəticədə 9 nəfər həyatını itirib, ən azı 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə edilib və hadisələrin başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.