Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsraildə İrana işləyən gənclər tutuldu

1 dəq
Paylaş:
İsraildə İrana işləyən gənclər tutuldu

İsrail polisi İrana casusluq etməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilərdən biri – Ziona şəhərindən olan 19 Sagi mart ayında həbs olunmazdan əvvəl bir neçə ay ərzində İran agenti ilə əlaqə saxlayıb.

Bildirilib ki, Haik “ərəb ölkələrindən birində təlim keçməyə razılıq verib” və ondan müxtəlif tapşırıqları yerinə yetirmək üçün başqa şəxsləri də cəlb etməsi istənilib.

Səlahiyyətlilər qeyd edib ki, o, ailə üzvlərinə aid şəxsi məlumatları da qarşı tərəfə ötürüb və daha sonra həmin şəxsdən təhdid mesajları alıb.

Polisin məlumatına görə, Haik dindirilmə zamanı Beyt Oveddən olan 21 yaşlı Chetritə kömək etdiyini etiraf edib.

Qeyd olunub ki, hər iki şübhəlinin bazar ertəsi günü rayon məhkəməsində olunacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax