İranda İsraillə əməkdaşlıqda ittiham olunan şəxs edam edilib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə məhkəmə sisteminə bağlı "Mizan News" məlumat yayıb.
Bildirilib ki, İran bir nəfəri İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda ittiham edərək edam edib. Məlumata görə, edam edilən şəxsin Soltanəli Şirzadi Fəxr olduğu açıqlanıb.
Qeyd olunub ki, hökm Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanıldıqdan sonra icra edilib.
Həmçinin iddia edilib ki, o, İrana qarşı “terror əməliyyatlarında” iştirak etdiyini etiraf edib.