İranda Hörmüz boğazı ilə bağlı plan müzakirə olunur
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Fadahossein Maleki açıqlama verib.
Bildirilib ki, səsləndirilən açıqlamada Hörmüz boğazının idarə olunması ilə bağlı planın həm parlamentdə, həm də ölkənin Ali Milli Təhlükəsizlik Şurasında nəzərdən keçirildiyi qeyd olunub.
Maleki bildirib ki, sözügedən plan parlamentdə rəsmi olaraq qeydiyyata alınıb və Ali Milli Təhlükəsizlik Şurası da sənədi araşdırmaq niyyətindədir.
Qeyd olunub ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü olan deputat məsələ ilə bağlı komitə iclaslarında və digər müzakirələrdə müxtəlif təkliflərin irəli sürüldüyünü vurğulayıb.
Məlumata görə, müzakirələr çərçivəsində Hörmüz boğazının idarə olunmasına dair fərqli yanaşmalar nəzərdən keçirilir.