Hindistanda ağır aviasiya qəzası baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” "India Today" nəşrinə istinadən xəbəır verir ki, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" tipli təcili yardım təyyarəsi Carkhand əyalətində qəzaya uğrayıb.
Hindistan Mülki Aviasiya Baş Direktorluğunun (DGCA) açıqlamasında bildirilir ki, təyyarə əyalətin paytaxtı Ranchi şəhərindən havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra radarlardan itib.
Aparılan araşdırmalar nəticəsində hava gəmisinin Çatra bölgəsində yerə düşdüyü müəyyən edilib.
Çatra bölgə komissarı Keerthishree G-nin verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 7 nəfərin hamısı həyatını itirib.
Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.