Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İşəgötürənlər və sahibkarlar haqqında yeni qanun layihəsi hazırlanır

1 dəq
Paylaş:
İşəgötürənlər və sahibkarlar haqqında yeni qanun layihəsi hazırlanır

"İşəgötürənlər və birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı məsələ İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, sahibkarlar birliklərinin fəaliyyətinin tənzimlənməsi sahəsində təcrübənin öyrənilməsi və təkliflər hazırlanması nəzərdə tutulur.

Müvafiq təkliflər əsasında qanun layihəsinin hazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim edilməsi reallaşdırılacaq.

Qanun layihəsinin icra müddəti 2026-2030-cu illər müəyyən edilib. Sənədi hazırlamaq üçün əsas icraçı qurum İqtisadiyyat Nazirliyi müəyyənləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax