Operativ Məlumat Mərkəzi

Uzun illər sonra Ağalıda ilk nişan mərasimi

1 dəq
Paylaş:
Uzun illər sonra Ağalıda ilk nişan mərasimi
30 ildən sonra Ağalıdakı ilk nişan mərasimi Məmmədovlar ailəsinə nəsib olub. Sumqayıt şəhərindən olan Dünyamalıyevlər ailəsi el adəti ilə Ağalıya,...

Uzun illərdən sonra işğaldan azad olunan və qısa müddətdə yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində nişan mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 30 ildən sonra Ağalıdakı ilk nişan mərasimi Məmmədovlar ailəsinə nəsib olub.

Sumqayıt şəhərindən olan Dünyamalıyevlər ailəsi el adəti ilə Ağalıya, Məmmədovlar ailəsinə elçi gəliblər. Beləliklə, valideynlərin də xeyir-duasını alan Rüfət və Arzu üçün nişan mərasimi qurulub və yeni ailənin təməli qoyulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər