Operativ Məlumat Mərkəzi

ÜST: "Qəzzada qida çatışmazlığından son dərəcə narahatıq"

1 dəq
Paylaş:
ÜST: "Qəzzada qida çatışmazlığından son dərəcə narahatıq"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin nümayəndəsi Rik Peeperkorn Qəzzada qida çatışmazlığından son dərəcə narahat olduqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Peeperkorn BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qeyd edib.

Qəzzadakı 36 xəstəxanadan 13-nün qismən xidmət göstərdiyini ifadə edən Peeperkorn, "Qəzzada 8 min insanın tibbi təxliyəyə ehtiyacı var, onlardan 6 mini müharibədə yaralanıb, 2 mini isə başqa sağlamlıq vəziyyəti var",- deyə bildirib.

"Biz Qəzzada qida çatışmazlığından son dərəcə narahatıq. Qəzzada kəskin qida təhlükəsizliyi yaxın tarixdə görünməmiş səviyyədədir. Qəzzada həddindən artıq aclıq səbəbindən heç kim təhlükəsiz deyil", - deyə rəsmi vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər