"Həyatımda heç vaxt uşaqların iştirak etdiyi bu qədər amputasiyanın şahidi olmamışam".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin nümayəndəsi Dr. Rik Peeperkorn bildirib.
Yaralılar arasında çoxlu travma hadisəsi olduğunu bildirən Peeperkorn, "Onurğa travmaları, əzilmə yaraları, ciddi yanıqlar, amputasiyalar. Həyatımda uşaqlar da daxil olmaqla, bu qədər amputasiya hadisəsinə şahid olmamışam",- deyə qeyd edib.