Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Daşqının vurduğu ziyan bir neçə milyard dollar təşkil edəcək

1 dəq
Paylaş:
Daşqının vurduğu ziyan bir neçə milyard dollar təşkil edəcək

Nepalın maliyyə naziri Vaqle ölkədə baş verən daşqınların ziyanın ən azı bir neçə milyard edə biləcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Ümumilikdə, düşünürəm ki, itkilərin və ziyanın ümumi məbləği ən azı bir neçə milyard dollar təşkil edəcək”, - Vaqle bildirib.

Qeyd edək ki, Nepal polisi daşqınlar nəticəsində ölənlərin sayının 489 nəfərə çatdığını açıqlayıb.

900-dən çox şəxsin itkin düşdüyü bildirilir. Onların 537-si xarici vətəndaşlardır.

Daşqın avqustun 26-da Nepal və Çin sərhədində buzlaqın çökməsi nəticəsində baş verib.

Çinin bölgəsində isə 5 nəfərin öldüyü təsdiqlənib. Xarici turistlərin də daxil olduğu 558 nəfərin itkin düşdüyü bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə