Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik. Lakin belə bir fikir var idi”, – o, jurnalistlərə bildirib.
Y.Uşakovun sözlərinə görə, Rusiya bu cür formata etiraz etməyib.