ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək, fevralın 10-da isə Azərbaycana rəsmi səfər planlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Ermənistan KİV-i xəbər yayıb.
Bildirilib ki, vitse-prezidentin Ermənistana səfərinə hazırlıq məqsədilə ABŞ-dən nümayəndə heyəti artıq bu ölkəyə gəlib. Nümayəndə heyətinin Ermənistanda təxminən iki həftə qalacağı qeyd olunub.
Xatırladaq ki, daha əvvəl ABŞ vitse-prezidentinin İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimindən sonra Azərbaycan və Ermənistana səfər edəcəyi barədə məlumat yayılmışdı.