Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Senatından İranla bağlı kritik qərar

2 dəq
Paylaş:
ABŞ Senatından İranla bağlı kritik qərar

ABŞ Senatı administrasiyanın qanunvericilik orqanının icazəsi olmadan İrana qarşı güc tətbiq etməsinin qadağan edilməsini tələb edən qətnaməni rədd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, prosedur səsverməsi zamanı 47 senator sənədi dəstəkləyib, 52 senator isə əleyhinə səs verib.

Respublikaçılar Partiyasının nümayəndələrinin nəzarətində olan Konqresin yuxarı palatasında təsdiqlənməsi üçün sənəd prosedur və yekun səsvermə zamanı qanunvericilərin sadə səs çoxluğu ilə dəstəklənməlidir.

Hazırkı Trampın partiyasının üzvləri tərəfindən idarə olunan ABŞ Palatasında da oxşar sənəd üzrə səsvermənin cümə axşamı günü keçirilməsi gözlənilir.

"Washington Post" əvvəllər sənədlərin ABŞ Konqresi tərəfindən təsdiqlənmə ehtimalının az olduğunu proqnozlaşdırmışdı. Hətta onlar tərəfindən təsdiqlənsə belə, prezidentin ona veto qoymaq hüququ olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax