ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband ilə keçirdiyi görüşdə Avropanın öz təhlükəsizliyinin təmin olunmasında rolunun gücləndirilməsi məsələsini müzakirə etdiklərini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə Avropanın müdafiə və təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməsinin vacibliyini vurğulayıblar.
ABŞ dövlət katibi əlavə edib ki, tərəflər Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Rubio bildirib ki, ABŞ və Böyük Britaniya, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmaması məqsədinə sadiq qaldıqlarını da qeyd ediblər.