Donald Tramp İranın Hörmüz boğazında mümkün hücumlarına cavabla bağlı sərt bəyanat verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçən gəmilərə qarşı mümkün hücumlarına cavab olaraq ölkənin strateji infrastrukturunun hədəfə alınacağını bildirib.
Trampın sözlərinə görə, İran boğazda hər hansı bir gəmiyə atəş açacağı təqdirdə, ABŞ cavab olaraq İranın bir körpüsünü və ya elektrik stansiyasını məhv edəcək.
Bəyanatda qeyd olunub ki, bu cür addımlar dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinə yönələcək. Məlumata görə, Trampın açıqlaması onun xarici siyasətdə güc mövqeyindən çıxış etməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.