Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Razılıq istəyirik, alınmasa sərt cavab olacaq" - Tramp

2 dəq
Paylaş:
"Razılıq istəyirik, alınmasa sərt cavab olacaq" - Tramp

ABŞ Prezidenti İranla bağlı diplomatik həllə verdiklərini, lakin zərurət yaranarsa addımlara hazır olduqlarını bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Nevada ştatının Las-Veqas şəhərində keçirilən iqtisadi tədbirdə çıxışı zamanı danışıb.

Məlumata görə, Tramp İranın nüvə silahına sahib olmasına qəti şəkildə qarşı olduqlarını bildirib. O qeyd edib ki, hərbi qarşıdurmadan daha çox diplomatik razılığa üstünlük verir və insan itkilərinin yaşanmasını istəmir.

ABŞ Prezidenti həmçinin İkinci Dünya müharibəsindən bəri ən böyük hərbi əməliyyatlardan birini başlatmağa hazır olduqlarını, lakin Körfəz ölkələrinin liderləri və İran rəsmilərinin danışıq çağırışından sonra bu planı təxirə saldıqlarını açıqlayıb. Trampın sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar davam edir.

Bununla yanaşı, Tramp diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə İrana qarşı sərt hərbi cavab veriləcəyini də istisna etməyib. O vurğulayıb ki, ABŞ-nin əsas məqsədi İranın əldə etməsinin qarşısını almaqdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax