Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Çinə onlarla səfər edəcək - Nümayəndə heyəti açıqlandı

2 dəq
Paylaş:
Tramp Çinə onlarla səfər edəcək - Nümayəndə heyəti açıqlandı

ABŞ Prezidenti Donald Trampın 13–15 may tarixlərində edəcəyi səfərdə ölkənin aparıcı şirkətlərinin rəhbərlərindən ibarət geniş işgüzar iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətində maliyyə, texnologiya, aviasiya və ticarət sahələrində fəaliyyət göstərən 16 Amerika şirkətinin təmsilçiləri yer alacaq.

Heyətdə "Tesla" şirkətinin rəhbəri İlon və "Apple" şirkətinin baş icraçı direktoru Tim Kuk da olacaq.

Maliyyə sektorunu "BlackRock" rəhbəri Larri Fink, "Blackstone"un həmtəsisçisi Stiven Şvartsman, "Goldman Sachs" rəhbəri Devid Solomon, "Citigroup" rəhbəri Ceyn Freyzer, "Mastercard" rəhbəri Maykl Mibax və "Visa" rəhbəri Rayan MakInerni təmsil edəcək.

Texnologiya və sənaye sahəsində isə "Boeing! rəhbəri Robert Kelli Ortberq, !GE Aerospace! rəhbəri Henri Lourens Kulp, !Micron" rəhbəri Sancay Mehrotra, "Qualcomm" rəhbəri Kriştiano Amon, "Coherent" rəhbəri Cim Anderson, "Illumina" rəhbəri Yakob Taysen və "Meta" şirkətinin rəhbər heyətindən Dina Pauell MakKormik nümayəndə heyətinə daxil edilib.

Qida sənayesi sahəsindən "Cargill" şirkətinin rəhbəri Brayan Sayks də səfərdə iştirak edəcək.

"Cisco" şirkətinin rəhbəri Çak Robbins isə şirkətin maliyyə hesabatlarının açıqlanacağı həftəyə təsadüf etdiyi üçün səfərə qatıla bilməyəcək.

Nümayəndə heyətində xüsusilə çip istehsalı, və informasiya texnologiyaları kimi strateji sahələrdə fəaliyyət göstərən şirkətlərin yer alması diqqət çəkir.

Bununla yanaşı, Çin bazarında geniş fəaliyyət göstərən "NVIDIA" şirkətinin rəhbəri Jensen Huanqın siyahıda olmaması maraq doğurub.

Donald Trampın Çinə səfərinin ABŞ-Çin iqtisadi münasibətləri və texnologiya sahəsində baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax