ABŞ Prezidenti Donald Trampı daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasına eniş etdikdən sonra Sürix istiqamətində yola düşüb.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə AFP xəbər agentliyi məlumat yayıb.
Ağ Evin mətbuat xidmətinin açıqlamasına görə, ABŞ lideri daha kiçik ölçülü başqa bir təyyarəyə keçib.
Endryus Hərbi Hava Qüvvələri Bazasına qayıtmaq qərarı ilkin təyyarənin göyərtəsində elektrik sistemlərində nasazlıq aşkar edildikdən sonra qəbul olunub.
Qeyd olunur ki, Donald Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyi planlaşdırır.