ABŞ-İran danışıqları iyunun 30-da Dohada (Qətər) keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth social" sosial şəbəkəsində yazıb.
"İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - o qeyd edib.
O, həmçinin başqa bir paylaşımda WTI markalı neftin bir barelinin 69 dollar olduğunu yazıb.
"WTI markalı neft - 69 dollardır və qiymət azalmağa davam edir. Bu, İranın nüvə silahından imtina prosesinə başlamazdan əvvəlki göstəricidən aşağıdır!", - Tramp vurğulayıb.