Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Tramp: ABŞ Hörmüz boğazını nəzarətə götürür

2 dəq
Paylaş:
Donald Tramp: ABŞ Hörmüz boğazını nəzarətə götürür

ABŞ Prezidenti ilə bağlı diqqətçəkən açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində ABŞ-nin strateji əhəmiyyət daşıyan boğazına nəzarəti ələ aldığını iddia edib.

Onun sözlərinə görə, İranın bölgədə artıq üstünlüyü qalmayıb və ABŞ vəziyyətə tam nəzarət edir.

Məlumata görə, Vaşinqton və Tehran arasında yenidən artan gərginliyin əsas səbəblərindən biri iyun ayında imzalanmış atəşkəs razılaşmasında Hörmüz boğazının idarə olunması ilə bağlı məsələlərin dəqiq tənzimlənməməsidir.

Bildirilir ki, razılaşmada yalnız İranın ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün səy göstərəcəyi qeyd olunub. ABŞ və Omanın bu prosesdəki rolu isə sənəddə açıq şəkildə göstərilməyib.

Qeyd olunur ki, İran boğazdan keçən gəmilərdən logistika xidmətlərinə görə rüsum toplamağı və əldə olunacaq gəlirin bir hissəsini Omanla bölüşməyi planlaşdırırdı. Oman isə boğazda iki ayrı dəhlizinin yaradılmasını təklif edib.

İran Xarici İşlər Nazirliyi Vaşinqtonu bu danışıqlara mane olmaqda ittiham edib. Məlumata əsasən, ABŞ administrasiyası Omanın iştirakı ilə Hörmüz boğazının Oman sahillərinə yaxın hissəsində faktiki nəzarəti təmin etməyə çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax