Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ hərbi gəmisində elektrik kəsildi, ekipaj üzvləri çətinliklərlə üzləşdi

1 dəq
Paylaş:
ABŞ hərbi gəmisində elektrik kəsildi, ekipaj üzvləri çətinliklərlə üzləşdi

ABŞ Dəniz Qüvvələrinə məxsus “USS ” esminesinin ötən ay Çin dənizində bir neçə gün ərzində tamamilə elektriksiz qaldığı açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının sözçüsü komandir Metyu Komer Cənubi Çin dənizində xidmət aparan “USS Benfold” ilə bağlı açıqlama verib.

Komer bildirib ki, iyulun 24-də generatorlarda yaranan texniki nasazlıq səbəbindən gəmidə enerjisi tamamilə kəsilib.

Onun sözlərinə görə, üzvləri bir neçə gün ərzində içməli su, qida, tualet və kondisionerlə bağlı ciddi çətinliklərlə üzləşib.

Bununla belə, hadisə zamanı heç bir hərbçinin xəsarət almadığı qeyd olunub.

Komer qeyd edib ki, Filippindəki limanlardan birinə aparılan gəmiyə elektrik enerjisi yalnız iyulun 30-da bərpa olunub. Gəmi bir həftə sonra yenidən əməliyyatlara başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax